...

Azərbaycanda vəkilliyə qəbulla bağlı müsahibəyə fasilə veriləcək

Cəmiyyət Materials 14 İyun 2007 11:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Vəkilliyə qəbulla bağlı imtahanlarda müvəffəqiyyət qazanmış 170 namizədlə müsahibə aparılıb. Vəkillər Kollegiyasından cümə axşamı Trend ə bildirilib ki, həmin namizədlərdən 134-ü müsbət rəy alaraq vəkillik üçün tövsiyə olunub.

Kollegiyadan bildirilib ki, müsahibənin bu ay yekunlaşması mümkün olmayacaq. Belə ki, İmtahan Komissiyasının üzvlərindən bəziləri üzürlü səbəbdən müsahibədə iştirak edə bilməyəcək. Həmçinin Komissiyanın hakim üzvləri hazırda sərəncamda olduğundan müsahibə dayandırılacaq və iyuldan davam etdiriləcək.

Vəkillər Kollegiyasına üzv olmaq üçün imtahan vermiş 441 namizəddən 299-u 50 və daha artıq bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanıblar.

Müsahibə Komissiyası 11 nəfərdən təşkil olunub. Komissiya üzvlərinin 5-i vəkillərdən, 3-ü alimlərdən, 3-ü isə hakimlərdən ibarətdir.

Azərbaycan Vəlillər Kollegiyasının 540 üzvü var. Azərbaycan vəkillərin sayına görə Avropa ölkələri sırasında sonuncu yerlərdə durur.

Xəbər lenti

Xəbər lenti