...

Qafqaz müsəlmanlarının dini lideri İspaniyaya səfər edəcək

Cəmiyyət Materials 14 İyun 2007 17:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Ağayeva/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadə iyunun 18-19-da İspaniyanın Kordova şəhərində keçiriləcək "Sivilizasiyaların həmrəyliyi - sülh uğrunda həmrəylik" mövzusundakı beynəlxalq konfransda iştirak edəcək. Bu barədə cümə axşamı QMİ-dən məlumat verilib.

Konfransın təşkilatçıları qismində İspaniyanın İslam Cəmiyyəti və Dünya İslam Xalq rəhbərliyi Təşkilatı çıxış edir.

Qafqaz müsəlmanlarının dini liderinin çıxışı sivilizasiyalararası əlaqələr və Yaxın Şərqdəki vəziyyətə həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti