...

Azərbaycanda magistraturaya sənəd qəbulu başa çatıb

Cəmiyyət Materials 18 İyun 2007 13:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanın ali məktəblərinin magistraturasına sənəd qəbulu başa çatıb. Bu barədə bazar ertəsi Bakıda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Magistraturaya qəbul planı 4520 nəfər olduğu halda bakalavrlardan 12474 elektron ərizə qəbul edilib..

Ötən il isə 4360 plan yerinə 10795 ərizə verilmişdi.

Sənədlərini təqdim edənlərdən 11041 nəfəri Azərbaycan bölməsinin, 1433 nəfəri isə rus bölməsinin məzunudur.

Ötən il bu göstərici Azərbaycan bölməsində 8502, rus bölməsində 2293 olmuşdu.

Təqdim edilən plan yerlərinin sayı müxtəlif istiqamətlər üzrə aşağıdakı kimidir:

- Texniki, təbiət-texniki elmlər (bu istiqamət üzrə olan ixtisaslar 34 proqramda qruplaşdırılıb) - 801 plan yeri;

- İqtisadiyyat və idarəetmə istiqamətli ixtisaslar (bu istiqamət üzrə olan ixtisaslar 8 proqramda qruplaşdırılıb) - 1459 plan yeri;

- Maarif və təbiət elmləri istiqamətinə aid ixtisaslar (bu istiqamət üzrə olan ixtisaslar 10 proqramda qruplaşdırılıb) - 870 plan yeri;

- Aqrar balıq təsərrüfatı, ekologiya və təbiətdədən istifadə istiqamətli ixtisaslar (bu istiqamət üzrə olan ixtisaslar 6 proqramda qruplaşdırılıb) - 89 plan yeri;

- Humanitar və sosial elmlər (bu istiqamət üzrə olan ixtisaslar 21 proqramda qruplaşdırılıb) - 1301 plan yeri.

Sənədlərini təqdim etmiş bakalavrlara "İmtahana buraxılış vərəqəsi"nin verilmə tarixi və imtahanın vaxtı barədə məlumat TQDK-nın internet səhifəsində yerləşdiriləcək. Bakalavrlar bu məlumatı eyni zamanda 141 telefon məlumat xidməti vasitəsilə öyrənə biləcəklər.

Xəbər lenti

Xəbər lenti