...

Bodibilder Rövşən Quliyev veteranlar arasında Avropa birinciliyində altıncı olub

Cəmiyyət Materials 19 İyun 2007 12:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı bodibilder Rövşən Quliyev Tümendə keçirilən gənclər və veteranlar arasında Avropa birinciliyində altıncı yeri tutub.

Federasiya rəhbəri Rauf Bunyadəliyevin verdiyi məlumata görə, + 90 kq çəki dərəcəsində çıxış edən idmançı 40-dan 49 yaşadək olan atletlər arasında kifayət qədər yaxşı nəticə göstərib. Bu çəki dərəcəsində doqquz atlet çıxış edib və Rövşən mütləq nümayişdə referidən yaxşı qiymət alaraq protokolda polşalı Robert Vinoqrodski, italiyalı Leonardo Qançipolli və almaniyalı Cozef Breşeli qabaqlayıb.

Finalda Quliyev altıncı yerdən də yaxşı nəticə göstərə bilərdi, lakin sərbəst proqramda o, özünü yaxşı göstərə bilməyib. Daha doğrusu, yerli "di-cey"lər Rövşənin ev diskinin əvəzinə başqa kompozisiya səsləndiriblər və nəticədə bu, idmançımızın çıxışına öz təsirini göstərib.

"Adətən belə hallarda atlet sərbəst proqramdan imtina edə bilər. Lakin Quliyev çıxıb və yad kompozisiya sədaları altında öz bacarığını nümayiş etdirib" - deyə Bunyadəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti