...

Qobustan qapalı həbsxanasının ərazisində mobil telefonlarla danışmaq mümkün olmayacaq

Cəmiyyət Materials 19 İyun 2007 15:22 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Qobustan qapalı həbsxanasının ərazisində mobil telefonlarla danışmaq mümkün olmayacaq. Azərbaycan İşgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov çərşənbə axşamı Trend ə bildirib ki, həbsxananın ərazisində bunun üçün xüsusi qurğu yerləşdirilib. Belə ki, bu qurğu həmin ərazidə mobil dalğaların qarşısını alacaq. Behbudov bildirib ki, bu qurğunun insan səhhəti üçün təhlükəsi yoxdur. Komitə sədrinin sözlərinə görə, bəzi məhkumların qohumları tərəfindən qanunsuz olaraq gizli yollarla həbsxanaya mobil telefonlar keçirilir. Məhkumlar mobil telefon vasitəsilə cinayətkar qruplaşmalarla əlaqə yaradaraq digər cinayətlər təşkil edirlər.

Bir müddət öncə həbsxananın ərazisində radiaktiv qurğu yerləşdirilməsi və həmin qurğunun məhkumların səhhətində ciddi problem yaratması barədə bəzi KİV-lərdə məlumatlar yayılmışdı.

Xəbər lenti

Xəbər lenti