Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın sərbəst güləş üzrə yığması həftəsonu Leypsiqdə keçiriləcək Qran-Pri yarışında iştirak edəcək.
Almaniyaya Sidney olimpiadasının çempionu Namiq Abdullayev ( 55 kq), Namiq Sevdimov və Abil İbrahimov ( 60 kq), Avro-2005-in finalçısı Elman Əskərov ( 66 kq), Novruz Temrezov ( 84 kq), Xitaq Qazyumov ( 96 kq) və Əli İsayev ( 120 kq) yollanacaq.
Leypsiqdə komandaya yığmanın baş məşqçisi Yaqub Məmmədov rəhbərlik edəcək. O, komandanın liderlərini və əsas heyətə namizəd olan idmançıları izləyəcək.
Qran-Pri sentyabrda Bakıda keçiriləcək lisenziya xarakterli dünya birinciliyinə hazırlığın vacib mərhələsidir.
Mundialın yekunlarına əsasən, hər bir çəki dərəcəsində on atlet Pekinə vəsiqə qazanacaq.