Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Xəzər-Lənkəran" futbol klubu mövsümə hazırlığın birinci mərhələsinə Zalsburqda start verəcək.
Komanda Avstriyada on günlük təlim-məşq toplanışını keçirməyi və yerli "Kirçenvirt" klubu ilə oynamağa planlaşdırır. Hazırda kollektiv məşqlərə başlayıb. Məşqçi korpusunun ixtiyarında üç legioner var. Bunlar ivuarlı Yakub Bamba, fransalı Edmond N'Tiamoxa və litvalı Darius Jutautasdır.
İyunun 25-nə kimi ölkə çempionu olan "Xəzər-Lənkəran" Azərbaycanda məşq edəcək, sonra isə Avstriyaya doğru istiqamət götürəcək.