...

Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirililməsi üçün qaydalar hazırlanıb

Cəmiyyət Materials 22 İyun 2007 17:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Azərbaycanda Xidməti İnstitut yaradılacaq. Bu barədə cümə günü Bakıda Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov məlumat verib.

Onun sözlərinə görə, hər bir dövlət qulluqçusunun xidməti fəaliyyəti onun bilavasitə rəhbəri tərəfindən qiymətləndiriləcək. Artıq bunun qaydaları hazırlanıb, qiymətləndirmənin hansı sahələr, istiqamətlər üzrə aparılmasının əsasları formalaşdırılıb: "Bu, bütün dünya təcrübəsində mövcuddur. Hər ilin sonunda hər bir dövlət qulluqçusunun fəaliyyəti qiymtləndirilməlidir. Məqsəd vəzifədə yüksəliş və dövlət qulluqçusunun fəaliyyətində aşkar olunan çatışmazlıqları aradan qaldırmaqdır. Bu, çox konsturuktiv bir qiymətləndirmə olacaq".

Onun sözləritnə görə, yaxın bir neçə ay ərzində proses başlayacaq.

Xəbər lenti

Xəbər lenti