...

Dövlət orqanlarında vakant vəzifələrə test imtahanları keçirilib

Cəmiyyət Materials 23 İyun 2007 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zarbalieva/ Şənbə günü Azərbaycan Memarlıq və İnşaat Universitetində 15 dövlət orqanında 200 vakant dövlət qulluğu vəzifəsinə test imtahanları keçirilib. Vakant vəzifələrə 910 nəfər namizəd sənəd versə də, imtahanlarda 796 nəfər iştirak edib.

Azərbaycan Respublikası prezidenti yanında Dövlət qulluğu məsələləri daimi komissiyasının sədri Bəhram Xəlilov jurnalistlərə açıqlamasında bildirib ki, namizədlər 3 saat ərzində 100 sualı çavablandırıblar. İmtahanda 80 və daha artıq bal toplayan namizədlər söhbətə buraxılacaqlar. İmtahanın nəticələri günün sonunda Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının və Azərbaycan Respublikası prezidenti yanında Dövlət qulluğu məsələləri daimi komissiyasının İnternet saytında yerləşdiriləcək.

Xəlilov bildirib ki, Dövlət qulluğuna ilk dəfə qəbul olunan şəxslər bir il staj müddəti keçəndən sonra 2 il sınaq müddəti keçəcəklər. Sınağın nəticəsindən asılı olaraq, onlar daimi dövlət qulluğuna qəbul olunacaqlar. Dövlət qulluğuna qəbul ilə bağlı keçirilən ilk müsabiqədə iştirak edən namizədlərin səviyyəsindən narazi qalan Xəlilov bildirib ki, söhbət mərhələsində namizədlərin əksəriyyəti vəzifə təlimatlarından, işləmək istədikləri dövlət orqanlarının əsasnamələrindən xəbərsizdilər.

Komissiya sədri namizədlərə dövlət qulluğuna ciddi yanaşmağı və işləmək istədikləri dövlət qulluğu ilə bağlı ətraflı bilgiyə malik olmalarını məsləhət görüb.

Xəbər lenti

Xəbər lenti