...

Avropa ölkələrində keçən kəskin isti havaların Azərbaycana təsiri olmayacaq

Cəmiyyət Materials 27 İyun 2007 12:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Hüseynli/ Avropa ölkələrində keçən kəskin isti havaların Azərbaycana təsiri olmayacaq. Bu barədə çərşənbə günü Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti hidrometeoroloji proqnozlar bürosunun direktor əvəzi İmran Məmmədov məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanda iyunun sonu və iyulun ilk günləri havalar sərin keçəcək. Məmmədov bildirib ki, həftə ərzində Azərbaycanda maksimal temperatur 32 dərəcəni keçməyəcək. Bəzi hallarda yağış yağacaq, şimşək çaxacaq.

Son günlər Avropa ölkələrində kəskin istilərin düşməsi nəticəsində 30-dan artıq insan həlak olub. Sinoptiklərin məlumatına görə, həftənin sonuna qədər temperatur bir neçə dərəcə də yüksələcək. Avropanın bir çox ölkələrində, o cümlədən Türkiyədə havanın hərarəti 40 dərəcəyə yüksəlib.

Qonşu Türkiyənin İstanbul, İzmir və Bursa şəhərlərinin rəhbərliyi səhhəti ilə bağlı problemi olan vətəndaşları işdən müvəqqəti azad etmək barədə qərar qəbul edib. Tədris ocaqları da anormal istilərlə əlaqədar tətilə çıxıb. Antalyada isə yanğınlardan ehtiyatlanan rəsmilər vətəndaşların və turistlərin meşəyə girməsinə qadağa qoyub. Yunanıstan, İtaliya, Rumıniya və digər Avropa ölkələrində istilər yanğınlara səbəb olub.

Xəbər lenti

Xəbər lenti