...

"Trend" İnformasiya Agentliyi daha bir mükafata layiq görülüb (video)

Cəmiyyət Materials 28 İyun 2007 13:57 (UTC +04:00)
"Trend" İnformasiya Agentliyi daha bir mükafata layiq görülüb (video)

Azərbaycan, Bakı, Trend / Trend İnformasiya Agentliyi daha bir nominasiya üzrə mükafata layiq görülüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Beynəlxalq Ətraf Mühit" günü ilə əlaqədar KİV nümayəndələri arasında keçiridiyi "Ekoloji mövzuda yazılmış ən yaxşı məqalələr və televerilişlər üzrə 2007-ci il müsabiqəsi"ndə agentliyin əməkdaşı Emil Hüseynli dərc olunan məqalələrə görə I mükafata layiq görülüb.

"Eko-İnter" jurnalının baş redaktor müavini Eldar hüseynov II, "Ayna" qəzetinin müxbiri Aynurə Əhmədova isə III yerə layiq görülərək mükafatla təltif olunublar.

Televiziya süjetlərinə görə ən yaxşı telereportaj üçün "Azad Azərbaycan" Teleradio Yayım Şirkətinin əməkdaşı Ceyhun Səfərov II yer, "Lider" telekanalının "Səda" İnformasiya Proqramının müxbiri Elnur Niftəliyev III yerə layiq görülüb. Müsabiqənin 19 iştirakçısına isə həvəsləndirici mükafatlar təqdim olunub. Müsabiqəyə 200 məqalə təqdim olunub.

Xəbər lenti

Xəbər lenti