...

Çəkiliş meydançasını tərk edənlərin sayı artıb

Cəmiyyət Materials 28 İyun 2007 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 iyun /müx.TrendLife Günel Əhmədova/"Günaydın, mələyim" filminin çəkilişləri son vaxtlar çoxlu söz-söhbətlərə səbəb olur. İş o yerə çatıb ki, bir neçə işçil çəkiliş meydançasını tərk edib. TrenLife bunlara aydınlıq gətirmək üçün filmin qurluşçu rejissoru Oqtay Mirqasımova müraciət etdi.

"Mən qrupdan Elman Qasımovu qovmuşam. Çünki onun rejissor köməkçisi kimi potensialı sıfır dərəcəsindədir. Onun kimi insanları kino aləmindən silmək lazımdır. Lakin Mirqasımovun sözlərinə görə, Vaqif Ağayevin ( rejissor), Mais Ağabəyovu (quruluşcu rəssam), Kənan Məmmədovu (operator) və digərləri çəkiiliş meydançasını başqa səbəbdən tərk ediblər. "Mais Ağabəyov mənim tələbə dostum olub. İndi də dostluğumuz davam edir. Maisin mənə dediyinə görə, çəkiliş meydançasını səhhəti ilə əlaqədar tərk edir. Digər şəxslərə isə təkliflər gəlib, sülhlə ayrılmışıq" - deyə Mirqasımov qeyd etdi.

"Günaydın, mələyim" filminin quruluşçu rejissoru pessimist fikirlər də söylədi. Çəkiliş meydançasına çoxlu hərbi texnika cəm ediləcək. Bu kadrlar filmin əsas xəttini təşkil edir. Amma bir sıra maddi və texniki problemlərimiz də var. Yəni, kifayət qədər pul olmadığından çəkilişləri nə vaxt yekunlaşdırıb filmi tıhvil verəcəyimi bilmirəm. Köhnə avadanlıqlarla işlədiyimiz üçün bu sahədə də geriləyirik. Köhnə texnika vaxtımızı alır" - Mirqasımov qeyd etdi.

Xəbər lenti

Xəbər lenti