...

Dövlətə xəyanətdə təqsirləndirilən əsgərə 12 illik həbs cəzası verildi

Cəmiyyət Materials 29 İyun 2007 12:21 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Füzuli rayonundakı N-saylı hərbi hissəsində xidmət etmiş əsgər 1976-cı il təvəllüdlü Eldəniz Nuriyevin mühakiməsi başa çatıb və o, 12 illik həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, Nuriyev 31 dekabr 2006-ci il tarixdə xidmət etdiyi hərbi hissəni özbaşına tərk edərək könüllü şəkildə Ermənistan tərəfə keçmiş və hərbi sirləri düşmənə ötürməkdə təqsirli bilinir.

Nuriyev əvvəllər də fərarilik etdiyi üçün məhkum olunub, daha sonra prezidentin fərmanı ilə əfv edilib.

Xəbər lenti

Xəbər lenti