...

Mahnı və Rəqs Ansamblı beynəlxalq festivala yola düşür

Cəmiyyət Materials 3 İyul 2007 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 iyul /müx. "TrendLife" Eldar Hüseynzadə/ Sabahdan iyulun 7-nə qədər Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblı "Şaşu" 2-ci beynəlxalq festivalda iştirak edəcək. "TrendLife"ın verdiyi məlumata görə, festival Qazaxıstanın paytaxtı Astanada keçiriləcək. Həmçinin festivalda Rusiyadan, Qazaxıstandan, Brazilyadan, Gürcüstandan, Kubadan olan kollektivlər iştirak edəcək. Bizim rəqs ansamblı çox geniş proqramlə çıxış edəcək. Bu proqrama milli rəqslərimiz "Şal-şal", "Nağara ilə rəqs", "Cavanların rəqsi", "Güclülərin rəqsi", "Qaval", "Bayram rəqsləri" (Aqşin Əlizadə) və sairə daxildir. Festivalda həmçinin Azərbaycanın xalq artisti, "Turacı" rəqsi ilə Cəmilə Bayramova, ansamblın solisti Almaz Orucova iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti