...

"Neftçi" futbol klubunun UEFA kubokundakı rəqibi bakılıların məşqlərinə baş çəkəcək

Cəmiyyət Materials 7 İyul 2007 11:25 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ "Nefçi"nin UEFA kubokunun birinci mərhələsində rəqibi olan Avstriyanın "Rid" klubu bakılıların məşqlərinə baş çəkəcək.

Kollektiv növbəti mövsümə məhz bu Alp ölkəsində hazırlaşır, bu səbəbdən də "Rid" yığmasının nümayəndələri çempionatın gümüş mükafatçısına onların məşqlərinə baş çəkmək xahişi il müraciət edib.

"Neftçi"nin rəhbərliyi bu xahişi qəbul edib. İndi avstriyalılar Avropa kubokunda öz potensial rəqiblərinin məşqləri haqqında məlumat əldə edə bilərlər.

Yaxın günlərdə "Neftçi"yə viza problemi üzündən yığma ilə birlirkdə Avstriyaya gedə bilməyən baş məşqçi Qurban Qurbanov də qoşulub. Həmçinin yığmaya forvard Branimir Subaşiç, Nəzər Bayramov və müdafiəçi Aleksandr Çertoqanov da daxildir.

Xəbər lenti

Xəbər lenti