...

Zarafatın sonu gerçəyə çevrildi

Cəmiyyət Materials 13 İyul 2007 17:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyul /müx.TrendLife Vüqar Vüqarlı/Yəqin ki, 10 il bundan əvvəl "Respublika" sarayında "Bakılı oğlanlar" komandasının verdiyi konsert hər kəsin yadındadır. Belə ki, onların bəzi proqnozları həyata keçir. Söhbət hava proqnozundan getmir. Əlbəttə ki, onlar zarafat etmişdilər. Lakin nahaqdan deməyiblər, sözü zarafatda deyərlər. Mən indi onları sizin yadınıza salıram.

1.Mərkəzi küçələr gündüz olan kimi gecələr də işıqlıdır.

2. Cinayətkarlar demək olar ki, yoxdur, polislər kameraya özlərini salırlar.

Gördüyünüz kimi, bu hər iki proqnoz düz çıxıb. Şəhərin mərkəzində işıq dirəklərinin olması gecə vaxtı gəzəndə heç də insanı qorxutmur. Artıq kanalizasiya lüklərinə yıxılmaq yox, şikəst olmaq arxada qalıb. Ona görə yox ki, artıq onlar yoxdur, sadəcə biz onları işıqda daha yaxşı görürük. Bir söz də deyim, bu işıqlar mərkəzi küçələrdədir (bu isə başqa söhbətdir.) İkinci zarafata gəldikdə isə... Fakt odur ki, polkovnik-leytenant olan Hacı Məmmədovun həbs olunması hələ də yaddan çıxmayıb. Bu tərəfdən də paytaxtın baş polisinin işdən çıxması... Əlbəttə ki, mənə maraqlı olardı bu proqnozları deyən rəhbərlərin fikrini dinləmək.

Murad Dadaşov:

- Birincisi, proqnoz məni çox sevindirir. İkincisi haqda isə heç düşünməmişəm. Nə şəhərin abadlaşmasına, nə də polislərə heç bir münasibətim yoxdur.

Vado Karovin:

-Birincisi, əlbəttə ki. əladır, ikincisi isə... daha yaxşıdır. İndi çalışmaq lazımdır ki, 10 ildən sonra dilənçilərin sayı tam azalsın. Demək olar ki, heç olmasın. Mən buna çox sevinərəm.

Bəhrəm Bağırzadə:

- Bilirsiz, o qədər konsert olub ki, yadıma sala bilmirəm. Əgər deyirsiz ki, bu proqnoz düz çıxıb. Onda icazə verin, sonrakı proqnozu da deyim. Mən istərdim ki, 10 ildən sonra yığmamız Fransanı 1:0, Portuqaliyanı isə 7:0 hesabı ilə udsun.

Elçin Əzizov:

- Yalan danışa bilmərəm. Əgər biz nəyisə əvvəlcədən demişiksə, o da düz çıxıbsa, bu əladır. Polislər özlərini həbs edirlərsə, bu çox pisdir. Biz sadəcə zarafat etmişik. Biz həmişə xalqımıza ən yaxşısını arzulamışıq.

Xəbər lenti

Xəbər lenti