Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov iyulun 23-də Bildə (İsveçrə) start götürəcək mötəbər turnirin reytinq-favoritidir.
FİDE reytinqində doqquzuncu yerdə qərarlaşan Rəcəbov ən yaxın izləyicisi olan Aleksandr Qrişuku xeyli qabaqlayır. Qrişuk on dördüncü yerdədir.
Reytinqdə Teymurdan həmçinin digər turnir iştirakçıları geri qalırlar. Bunlar norveçli Maqnus Karlsen, macar Yudit Polqar, çinli Bu, hollandiyalı Lyuk Van Veli, amerikalı Aleksandr Onişuk, rusiyalı Aleksandr Motılyov, israilli İlya Avrux və isveçrəli Yanik Peletyedir.
Bildəki turnirdən öncə Rəcəbov sürətli şahmatlar üzrə Odessada keçirilən turnirdə iştirak edib. Burada o üçüncü yer tutub.