...

Azərbaycanda yeni "Hüquq ensiklopediyası" nəşr olunub

Cəmiyyət Materials 23 İyul 2007 12:00 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanda yeni "Hüquq ensiklopediyası" nəşr olunub. Hüquq elmləri namizədi Aqşin Quliyev tərəfindən hazırlanmış və "Qanun" nəşriyyatında çap olunmuş kitabda hüquq elmi və qanunvericilik təcrübəsini əhatə edən 7000-dən artıq terminlər, ifadələr toplanıb. Nəşrdə hüquq elminin bütün əsas sahələri, o cümlədən dövlət və hüquq nəzəriyyəsi, siyasi və hüquqi təlimlərin tarixi əhatə olunub, həmçinin tətbiqi hüquq elmi haqqda məlumatlar toplanıb. "Hüquq ensiklopediyası"nda Azərbaycan Respublikasının sahəvi hüquq elmləri, qanunvericilik aktları, digər normativ hüquqi aktlar da yer alıb. Kitab 300 tirajla çap olunub.

Xəbər lenti

Xəbər lenti