...

Azərbaycan teakvandoçuları Koreyadan olan rəqibləri ilə təlimlər keçirir

Cəmiyyət Materials 25 İyul 2007 19:39 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir Z.Səfərov/ Azərbaycanın teakvando üzrə yığması Seulda keçirilən məşqlər çərçivəsində koreyalı idmançılarla yoxlama görüşlərini davam etdirir.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, Seulda keçirilən məşqlər sentyabrda Mançestrdə keçiriləcək lisenziyalı turnir üçün əsas baza funksiyasını daşıyır. Ələkbər İmaməliyevin rəhbərliyi ilə məşqçilər heyəti Koreyada öz funksional və texniki-taktiki tərəfləri üzərində işləyən komandanın vəziyyətini yaxşı qiymətləndirirlər.

Bununla yanaşı komandanın tərkibində eks-dünya çempionu, ikiqat Avropa çempionu Niyaməddin Paşayev də məşq edir.

Xəbər lenti

Xəbər lenti