...

IV ixtisas qrupu üzrə Azərbaycanın ali məktəblərinə 14095 abituriyent imtahan verəcək

Cəmiyyət Materials 30 İyul 2007 16:20 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.İlhamqızı /Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 31-də 2007/2008-ci tədris ili üçün Azərbaycanın ali məktəblərinə IV ixtisas qrupu (tibb, kimya, biologiya və xüsusi qabiliyyət tələb edən ixtisaslar) və 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı keçirəcək. IV qrupa daxil olan 25 ixtisas üzrə 10 dövlət və 1 özəl ali məktəbdə mütəxəssis hazırlığı aparılır. Bu barədə bazar ertəsi TQDK-dan məlumat verilib.

IV qrup üzrə bu il 14095 abituriyent sənəd təqdim edib. Onlardan 5066 nəfəri oğlan, 9029 nəfəri qızdır. Bakı şəhərində 13024, Naxçıvanda 1071 abituriyent imtahan verəcək.

2007/2008-ci tədris ili üçün əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə qəbul imtahanı Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki və Göyçay şəhərlərində keçiriləcək. Əsas (9 illik) təhsil bazasından orta ixtisas məktəblərinə 8161 plan yerinə 14629 ərizə qəbul olunub. Onlardan 9359 nəfəri qız, 5270 nəfəri oğlandır.

İmtahanların keçirilməsi üçün Bakı və Sumqayıt şəhərlərinin orta məktəblərindən 887 nəzarətçi-müəllim iştirak edəcək. 83 imtahan rəhbəri prosesə cəlb olunub.

IV qrup üzrə qəbul planı və ərizələrin sayına dair cədvəl:

İxtisasqrupları Qəbul planı Ərizələrin sayı
Azərb.bölməsi Rusbölməsi Birgə müsabiqəaparılanixtisaslar Cəmi Azərb.bölməsi Rus bölməsi Cəmi
IV qrup 1892 304 1095 3291 13010 1085 14095

IV qrup üzrə sənəd verən abituriyentlərin təqribən 47 %-i şəhərlərdə yaşayır. IV ixtisas qrupu üzrə abituriyentlərin 9168 nəfəri orta məktəbi bu il bitirən məzunlardır. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 64 abituriyent xarici ölkələrin vətəndaşıdır.

39 abituriyent ali təhsillidir və IV ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. Bu qrup üzrə 312 abituriyent orta ixtisas məktəblərinin məzunlarıdır.

IV ixtisas qrupu üzrə ən yaşlı abituriyent 1958-ci, ən gənc isə 1992-ci ildəndir.

2006-cı ildə IV ixtisas qrupu üzrə 125 abituriyent 600-dən yuxarı bal toplamış, bu qrup üzrə ən yüksək göstərici 686,875 bal olmuşdu. 22 nəfər Azərbaycan Prezidentinin təqaüdünə layiq görülmüşdü.

IV ixtisas qrupu üzrə nəzərdə tutulan 3291 plan yerindən ən çoxu bədən tərbiyəsi və idman (942 yer), müalicə işi (500 yer) və biologiya (395 yer) ixtisaslarına aiddir.

Abituriyentlərdən oğlanlar əsasən "Bədən tərbiyəsi və idman", qızlar isə "Müalicə işi" ixtisasına üstünlük verirlər.

9 illik ( əsas) təhsil bazasında isə 86 ixtisas üzrə 47 orta ixtisas məktəbində təlim aparılır. 2007/2008-ci tədris ili üçün əsas təhsil bazasından orta ixtisas təhsili məktəblərinə 8161 plan yeri ayrılıb - 5392 ödənişsiz, 2769 ödənişli. Onlardan 7386 yer Azərbaycan bölməsinə (4842 ödənişsiz, 2544 ödənişli), 233 yer rus bölməsinə (140 ödənişsiz, 93 ödənişli), 542 yer birgə müsabiqə aparılan ixtisaslıara aiddir. Bu il əsas təhsil bazasından respublikanın 47 orta ixtisas təhsili məktəblərinə qəbul aparılır.

Xəbər lenti

Xəbər lenti