...

AVF Heydər Əliyev kubokuna hazırlığı başa çatdırır

Cəmiyyət Materials 4 Avqust 2007 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Azərbaycan Voleybol Federasiyası (AVF) avqustun 18-də başlanacaq Heydər ƏLiyev kubokunun yığma iştirakaçılarından ərizələr almaqda davam edir.

AVF-nin mətbuat katibi Zöhrab Gözəlbəylinin verdiyi məlumata görə, turnirin təşkilatçıları artıq Ukrayna, Bolqarıstan və Türkiyədən müvafiq sənədlər alıblar. "Yalnız İsrail öz yığmasının tərkibini göndərməyib, lakin biz onu ən yaxın zamanda almalıyıq. Ümumiyyətlə Heydər Əliyev kubokuna hazırlıq nəzərdə tutulan plan üzrə gedir, yarışmanın kubokları və medalları hazırdır" - deyə Gözəlbəyli bildirib. Qeyd edək ki, bu turnir ilk dəfə olaraq keçirilir və müəyyən müddətdən sonra AVF yarışa lisenziya statusunun verilməsi məqsədilə Avropa Konfederasiyasına ərizə ilə müraciət etmək niyyətindədədir.

Xəbər lenti

Xəbər lenti