...

Joker: "Çəkliş zamanı qadına əl qaldırmağa məcbur olmuşam"

Cəmiyyət Materials 4 Avqust 2007 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 avqust / "TrendLife" müxbir Elnarə Mirzəliyeva/ Həmkarımdan müsahibə götürmək sadə iş deyil. Biz az məsuliyyət tələb edir. Özü də Joker kimi jurnalistən. Qeyri adi istedada malik olan bu insan nəinki Bakıda qalmaqallı müxbir kimi, həmçinin rejissor, ssenari müəllifi, prodüser kimi də çox məhşurdur. Beləlkilə "TrendLife" diqqətinizə Jokerlə olan miüsahibəni çatdırır.

- Əjdər, belə bir söz söhbət gəzir ki, siz də Stas Rubençik kimi bir dəfəlik gedib, qayıtmayacaqsınız?

-Ay Allah mən heç vaxt o sözü deməmişəm ki, Vətənimi tərk edəcəm. Azərbaycan mənim Vətənimdir. Mən heç vaxt buranı tərk etmərəm. Lakin bir şeyi unutmaq lazım deyil ki, mən yaradıcı insanam. Mənim yaradıcılığımın inkişafı üçün nə qədər lazımdır o qədər də gedib qalmışam. Hələki mən hiss edirəm ki, oxumalıyam, inkişaf etməliyəm, öz ölkəm üçün daha da yararlı olmalıyam.

-Qazaxıstanda xaricilərin yaradıcılıqlarını inkişaf etdirmək üçün şərait var?

-Mən Qazaxıstanı "Aziyanın amerika arzusu" adlandırardım. Burada iqtisadi potensial çox güclüdür. Nahaqdan deyil ki, ən yaxşı jurnalistlər, müasir yazıçılar sırf Qazaxıstandan çıxıb. Bu sırada Serqey Lukyanenkonu, Timur Bekmambetovu və başqalırnın adını çəkmək olar. Mənə isə öz növbəmdə Qazaxıstan xalqının Birlik gununə həsr olunmuş sənədli film çəkmək nəsib oldu. Qazaxlar özləri də başa düşür ki, müasir dünyada tək mədəniyyət şərti ilə inkişaf etmək mümkün deyil.. buna baxmayaraq mənim işimi burada çox bəyənirlər. Mən burada bizim ənənələrimizi, yəni naxışı, muğamı, milli mədəniyyətimizi onlara tanıdırıam.

-Sən özlüyündə köçərisən. Belə fikirləşirəm ki, Qazaxıstan sizin sonuncu dayanacağınız deyil. Gününüzün sonun harda bitirmək istərdiniz?

-Axı mən türkəm! Hansı ölkə növbəti olacaq? Hələ ki, heç özümdə bilmirəm. Mən artıq bütün dünyanı gəzmişəm. Bunu bir daha yenidən etmək istərdim. Bir sözlə mən indi Qazaxıstanda uzun müddət olacam. Mən burada özümü nəinki yararlı, həm də buranın mədəniyyətini öyrənirəm. Bəlkə də sadəcə əvvəli yada salıram. Sonuncu dayanacağım hara olacaq isə onu Allah bilir. Çox ümid etmək istərdim ki, bu Azərbaycan, Bakı olsun.

- Joker psevdonimi artıq keçmişdə qaldı? Sən qazaxlara özünü necə təqdim etmisən?

-Mən burada Əjdər Ulduz kimi lap çox məhşuram. Joker rolu isə acı həqiqəti deyən dəllək idi.

-Bu yaxınlarda sən sənədli film üzərində işini bitirmisən. İndi hansı layihələri reallaşdırırsan?

-Bu sırf sənədli film deyildir. Çox güman ki, oyun filmi idi. İndii isə azərbaycan musiqili komediyası olan "Qaynana"ya muzikl ssenarisini yazıb bitirmişəm. İndi onu tərcüməyə vermişəm. Mənə burada tərcüməçi ilə çox gözəl bəxtim gətirib. Belə ki, burada istedadlı, təcrübəli şair və yazıçı Koyşiqulom Jilkişievım ilə birgə işləyirəm. Qazax varintında bu "ENE" adlanacaq. Bu tamaşanı Mahambet adına Atırau Dram teatrının səhnəsində qoyacam. Yəqin ki, bu gələn mövsümün əvvələrinə təsadüf ediləcək. Həmişə olduğu kimi dostum Ayxan Əhmədovla bunu həyata keçirəcəyik. O, da indi öz ailəsi ilə birgə mənimlə bir yerdədir. Biz bütün layihələrimizi birgə həyata keçirirk. Bununla bərabər avqust ayında bəstəkar Qizzət Bisenovanın "Babalar" tarixi vətənpərvər mahnısına klip çəkməyi planlaşdırırıq. İndi həmin layihə üzərində iş gedir.

-Nə vaxtsa sən özün də kinoda çəkilmək istəyirdin. İndi isə sən böyük insansan, prodüsersən. Kimin çəkilməyini özün qərarlaşdırırsan. Yenə də özünü aktyor ampulasında görmək istərdin?

-Bəli, belə bir şey tələbə vaxtlarımda olmuşdu. Az qalmışdı "Odisseya" məhşur filminin çəkliş meydançadarına düşəcəkdim. Əvvəl mənim xarici gözəlliyimə fikir verdilər, sonra isə yəhə üstündə oturmağımı yoxladılar. Yoxladıqdan sonra məni çəklişə seçdilər. Lakin belə bir şərt qoydular - saçlarımı kəsdirmək. Mənim dərslərim və işim çəklişlərdə iştirak etməyimə mane oldu. İndiyə qədər təssüf hissi keçirirəm. Hazırda isə özüm telefilmlər çəkirəm. Hətta bir əsərim var ki, orda epizodik rolda oynayıram. Buna qədər isə məni Samir Qasımov Ülviyyə Könülün meydançasında çəkmişdir. İndi mənim daha çox kadr arxası olmaq xoşuma gəlir. Elə bir səhnə yaratmaq ki, tamaşaçının diqqətini çəksin. Beləliklə özüm üçün rollar yazmıram. Hələ ki...

-Kino prosesi işi gərgin, lakin maraqlıdır. Sərgüzəştsiz də ötüşmür. Yəqin ki, çəkliş zamanı çox maraqlı hadisələr baş verib?

-Çəkliş zamanı qadına əl qaldırmağa məcbur oldum. Yox, o özü bunu məndən xahiş etdi. Çəkliş meydançasına çox gözəl əhval ruhiyyədə gəlmişdi. Ssenariyə əsasən isə o ağlamalıydı. Deyirdi ki, məndə alınmır. Bir şey eləyin. Lap vurun. Onu da etiraf edim ki, çəklişlər hamımızı yormuşdur. Hətta o dərəcədə ki, mən özümdə əsəb keçirirdim. Onun üzündən elə sillə vurdum ki, sonda onu sakitləşdirməyə məcbur oldum. Vaxt keçdi. Bizim komandada bir subay oğlan vardı. Ona evlənməyi təklif etmək istəyirdi. Elə təzə ağzını açmışdır ki, qadın ona: "Siz qafqazlılar qadını döyürsünüz. Heç vaxt sizə ərə getmərəm". Biz ona başa sala bilmədik ki, "Əgər döyürsə deməli sevir" Bax beləcə onların şəxsi həyatları alınmadı. Lakin yaxşı dost qaldılar.

-Bəs sənin ailən? Sən axı ailəli insansan. Xanımın və uşaqların Qazaxıstana köçüblər?

-Yoldaşım və uşaqlarım buradadır yanımda. Onlar öz evlərindədilər. Atalarının və ərinin yanında.

-Sən Qazaxıstanda aldığın məvacibdən razısan?

-Əlbəttə. Bir müddət Bakıda aldığım məvacibdən də razı olmuşam. Maddi imkan əlbəttə ki mənim üçün önəmli faktor deyil. Lakin gəlir siyahımda da sonuncu deyil. İlk növbədə mənim yaradıcılığımdır.

-Sən nə vaxtsa doğma şəhərinə gəlməyi düşünürsən? Heç olmasa məzuniyyətə, bəzi keçmiş bakılıların etdikləri kimi. Yoxsa hələ ki vaxt yoxdur?

-Məni keçmiş bakılı etməyə tələsmə. Mənə elə gəlir ki, keçmiş bakılı olmur. Bakılı harda olursa olsun elə bakılıdır. Lakin qorxuram ki, yaxın vaxtlarda olmayacaq. Çünki iş çoxdur.

Xəbər lenti

Xəbər lenti