...

İstilər nəticəsində Gəncədə ürək-damar xəstəliyindən əziyyət çəkənlərin sayı artıb

Cəmiyyət Materials 7 Avqust 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir V.Məmmədov /Havaların isti keçmsi ilə əlaqədar olaraq Gəncədə ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb. Bu barədə Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyanını baş həkimi Namiq Nəbiyev məlumat verib.

Onun sözlərinə görə, əvvəlki iki ay ərzində ürək-damar xəstəlikləri ilə bağlı stansiyaya 800-ə yaxın çağırış daxil olurdusa iyul ayında artıq bu göstərici 500-ə çatıb. Avqust ayının əvvəlində isə bu tip çağırışlar daha da artıb. Nəbiyev bildirib ki, son günlər günvurma ilə bağlı həkimə müraciət edənlər də olur.

Bu il Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına ümumilikdə 40 min 772 min çağırış daxil olub. Onlardan 2545-i ürək dammar xəstəliklərindən əziyyət çəkənlərlə bağlıdır.

Xəbər lenti

Xəbər lenti