...

Azərbaycanda ilk dəfə olaraq 3 abituriyent 700 bal toplayıb (video)

Cəmiyyət Materials 7 Avqust 2007 16:39 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq 3 abituriyent 700 bal toplayıb (video)

Azərbaycan, Bakı, / Trend müx. S.Ağayeva/ Ali məktəblərə test üsulu ilə qəbul imtahanları tarixində ilk dəfə olaraq 3 abituriyent 700 bal, 1 abituriyent isə 695 bal toplayıb. Bu vaxta qədər abituriyentlər üçün mümkün olan maksimal hədd 650 bal olub, bu barədə çərşənbə axşamı Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə jurnalistlərə bildirib. Yüksək nəticələri paytaxtın orta məktəb və gimnaziyalarının məzunları göstəriblər.

Bu il bütün ixtisas qrupları üzrə imtahanlarda 600-dən çox bal toplayan abituiyentlərin sayı artıb. Statistika aşağıdaka kimidir: I qrup - 179 abituriyent, II qrup - 288 abituriyent, III qrup 348 abituriyent, IV qrup 285 abituriyent.

Yüksək bal toplayan abituriyentlər əsasən Azərbaycan Tibb Uneiversitetinə, Bakı dövlət Universitetinə, Qafqaz və Xəzər universietlərinə qəbul olublar. Yüksək nətiəcələri Bakı, Əli Bayramlı və Sumqayıt şəhərlərinin ümumtəhsil məktəbləri və gimnaziyaları göstərib.

Bu il 24 345 azərbaycanlı oğlan və qız ali məktəbin birinci kurs tələbəsi adı qazanıb. Ali məktəblərə qəbul imtahanlarının nəticələrini TQDK elan edib. Abituriyentlərin cavabları və nəticələri TQDK-nın aşağıdakı intenet səhifəsində yerləşdirilib: http://www.tqdk.gov.az .

Nəticələri TQDK-nın saytında "2007-2008-ci tədris ili üçün qəbul imtahanlarının nəticələri" səhifəsində xüsusi pəncərədə iş nömrəsini yazmaqla əldə etmək olar. İmtahanların nəticələrini mobil rabitə vasitəsilə də əldə etmək olar. İnternetə çıxış imkanı olan abituriyentlər "İmtahanCel" xidmətinin köməyi vasitəsilə öz kodlarını məlumat şəklində 777 nömrəsinə göndədə bilərlər.

Rayon və kənd yerlərində yaşayan abituriyentlərə Rabitbə və İnformasiya Texnologiyaları Nazirliyinin poçt məntəqələri vasitəsilə İnternetə çıxış təqdim olunub.

Hərbi tədris müssisələrinə qəbul ilə bağlı şikayətlərə və suallara TQDK tərəfindən yaradılmış apellasiya komissiyası tərəfindən baxılacaq, komissiya işə 2007-ci il avqustun 15-dən başlayacaq.

Dövlət Komissityasınnı sədrinin verdiyi məlumata görə, ölkənin ali tədrs müssisələriəndə 3119 vakant yer qalıb. Abbaszadənin sözlərinə görə, bu yerlərə sənəd qəbulu bu il İnternet vasitəsilə avqustun 10-dan 20-nə kimi aparılıcaq.

Xəbər lenti

Xəbər lenti