...

Brilliant Dadaşova haqda gəzən şayiələri həyat yoldaşı təkzib etdi

Cəmiyyət Materials 7 Avqust 2007 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 avqust / "TrendLife" müxbir Şahin Cavadsoy/ Neçə vaxtdır ki, Brilliant Dadaşovadan heç bir yenilik eşidilmirdi. Deyilənlərə görə əməkdar artist, yayın istilərinə tab gətirmədiyindən bir başa qonşu Türkiyənin ən populyar turizm düşərgələrindən sayılan Bodrumda istirahət etməklə gününü keçirir. Ancaq sənətçinin həyat yoldaşı Ədalət bəy, yaılan bütün məlumatları təkzib edir: "Brillant xanım Türkiyəyə təkcə istirahətə getməyib. Növbəti diskinin son tamamlanma işlərini görməkdən ötrü oradadır. Albom çox böyük zövqlə dinləyicilərin ixtiyarına buraxılacaq. Yəqin ki, musiqisevərlər bu sürprizi Brilliant xanımın doğum günündə - 15 sentyabr tarixində əldə edə biləcəklər".

Xəbər lenti

Xəbər lenti