...

Elmira Ələkbərzadə pərəstişkarlarına sürpriz hazırlayır

Cəmiyyət Materials 8 Avqust 2007 15:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 avqust/ müx. "TrendLife" Fəridə Məhərrəmqızı / Son vaxtlar şou-proqramlarda və efirdə az-az görünən estrada müğənnisi Elmira Ələkbərzadə "TrendLife"a açıqlamasında bunun səbəbini dincəlməsilə izah edib. Müğənninin sözlərinə görə, sentyabrdan etibarən fəal yaradıcılığa başlayacaq. Pərəstişkarlarına sürpiz hazırladığını qeyd edən Ələkbərzadə onların görüşünə yeni mahnılarla gələcəyini və hamını təəccübləndirəcəyini deyib. Müğənni ABŞ-ın Nyu-York şəhərindən caz ifaçılığı ilə bağlı təklif alıb və hazırda bu istiqamətdə müzakirələr aparır. Ələkbərzadənin sözlərinə görə, tezliklə digər yeni bir layihə üzərində işə başlayacaq. "Bu layihə dünya azərbaycanlılarına aiddir və onu İctimai Televiziyada reallaşdırmaq fikrim var" - deyən müğənni hələlik bu barədə geniş danışmaq istəmir. Ələkbərzadə yalnız onu söyləyib ki, həmin ideya İTV-nin rəhbərliyi tərəfindən müsbət qarşılanıb.

Xəbər lenti

Xəbər lenti