...

Azərbaycandan zəvvarların həcc ziyarətinə yola düşməsi ilə bağlı texniki məsələlər həll olunub

Cəmiyyət Materials 8 Avqust 2007 18:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir S.Ağayeva/ Həcc ziyarəti etmək istəyən azərbaycanlı zəvvarlvarın bu mövsüm həcc ziyarətinə yola düşməsi ilə bağlı texniki məsələlər tamamilə həll olunub. Qafqaz Müsəlmanları İdarəsinin nümayndə heyəti Səudiyyə Ərəbistanından qayıdıb, onlar burada iki həftə ərzində növbəti həcc ziyarətinin texiki detallarının həlli ilə məşğul olub.

Çərşənbə günü Qafqaz Müsəlmanları İdarəsinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Müqqəddəs Payızovun verdiyi məlumata görə, idarənin özündə ziyarət etmək istəyən şəxslərin sənədələri qəbul olunur. Bu günə qədər 400 ərizə qəbul olunub. Bu mövsümdə Səudiyyə Ərəbistanı Azərbaycana 6000 yer kvota ayırıb ki, bu ötən mövsüm ayrılmış kvotadan 1700 yer çoxdur.

Qafqaz Müsəlmanları İdarəsi müsəlmanların müqəddəs hesab etdiyi yerə yollanmaq istəyənlərin sayını nəzərə alaraq Krallığın rəhbərliyinə kvotanı artırmaq xahişi ilə müraciət edib.

Payzovun əvvəllər verdiyi məlumata görə, Qafqaz Müsəlmanları İdrəsinin xətti ilə ziyarət Azəbaycan vətəndaşları üçün bu il bir qədər baha başa gələcək. Payızov Məkkəyə səfərin dəyərinin qalxmasını Səudiyyə Ərəbistanı, İordaniya, İran və Türkiyədə dizel yanacağının, xidmətlərin qiymətinin artması və viza xərclərinin çoxalması ilə izah edib.

Həcc ziyarəti etmək istəyənlərin sənəd qəbulu artıq başlanıb və sentyabrın 20-nə kimi davam edəcək.

Zəvvarlar Məkkəyə dekabr ayında avtobus və təyyarə ilə yola düşəcəklər. Avtobuslar dekabrın birinci günlərində, təyyarələr isə dekabrın 9-da Məkkəyə yollanacaq.

İdarə nümaəyndəsinin sözlərinə görə, Məkkəyə aviareys təxminən dörd gün davam edəcək. Bir gün ərzində zəvvarlar iki reys ilə yola salınacaqlar. Avtobusla Məkkəyə gələn zəvvar 1460 manat ödəməlidir. Bu məbləğə yol xərcləri, Məkkədə yaşayış yeri, ziyarət və çadır daxildir. Qida və qurbanlıq xərclərini zəvvarlar ayrılıqda ödəyirlər. Təyyarə ilə Məkkəyə yola düşmək isə 2280- 4380 manata başa gəlir. Bu qiymətlər Məkkədə zəvvarlar üçün müəyyən olunmuş evlərin icarə haqqına uyğun olaraq təyin olunub. Payızovun sözlərinə görə, bu dəfə azərbaycanlı zəvvarlar üçün şəraiti dördulduzlu mehmanxanalara yaxın olan yeni evlər tutulub. Zəvvarlar bundan imtiana edə və başqa mehmanxanalarda yaşaya bilərlər. Bu il Qafqaz Müsəlmanları İdarəsi zəvvar turlarının təşkili ilə məşğul olan turist şirəktləri üçün kvotaların sayını artırıb. Kvotanın həcmi 1000 yerə qədər artıb, ötən il bu gösətərici 700 yer təşkil edib.

Xəbər lenti

Xəbər lenti