Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ FİFA-nın Polşadan olan hakimlər briqadası sentyabrın 8-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan və Yunansıtan gəncləri arasında Avropa birinciliyinin seçmə görüşünə nəzarət edəcəklər.
Trend ə AFFA-dan verilən məlumata görə, baş hakim Martin Borski olacaq və ona Maseya Şimanika və Martina Borkovski kömək edəcəklər. Texniki zonada qayda-qanuna nəzarət edəcək və əvəzetmələri həyata keçirəcək dördüncü hakim isə Xubert Sieviç olacaq. Maraqlıdır ki, iyunun əvvəlində komandalar Elladada birinci matç keçiriblər və bu oyun ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə nəticələnib. Hazırda yunanlar "B" qrupunda vurulmuş və buraxılmış qolların fərqinə görə yalnız İtaliyaya güzəştə gedərək üçüncü yeri tuturlar. Qrupun lideri yüzfaizlik nəticə göstərən Xorvatiya yığmasıdır.