...

Azərbaycan idmançılarından Universiadada ilkin olaraq mübarizəyə taekvondoçular qoşulacaq

Cəmiyyət Materials 9 Avqust 2007 13:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Taekvondoçular Elvin Məmmədovla ( 72 kq) Ramin Əzizov (+ 84 kq) Azərbaycan təmsilçiləri arasında Tailandda start götürən Ümumdünya Universiadada çıxışa başlayan ilk idmançılar olacaq.

Trend in xəbərinə görə, yarışların təqviminə əsasən, Əzizov artıq günün birinci yarısında mübarizəyə qoşulacaq. Onun komanda yoldaşı isə axşam proqramında qüvvəsini sınayacaq.

Taekvondo üzrə proqram beş gün davam edəcək. Azərbaycan yığmasının məşqçi korpusu bu növdə medallara ümidlidir. Özü də komandanın heyətində Avro-2006-nın qalibi İlkin Şahbazov ( 67 kq) və mundialın bürünc mükafatçısı Təvəkkül Bayramov ( 84 kq) yer alıb.

Avqustun 13-də cüdoçular, iki gün sonra isə gimnastlar mübarizəyə qoşulacaqlar.

Xəbər lenti

Xəbər lenti