...

Azərbaycan boksçuları Kalininqradda çıxış edəcəklər

Cəmiyyət Materials 9 Avqust 2007 16:01 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın boks yığmasının məşqçi korpusu avqustun 24-də Kalininqradda start götürəcək ənənəvi "Yantar əlcəklər" turnirində ölkənin şərəfini qoruyacaq heyəti müəyyənləşdirib.

Trend in xəbərinə görə, komandaya Ceyhun Əliyev ( 48 kq), Samir Məmmədov ( 51 kq), Elşən İsmayılov ( 54 kq), Şahin İmranov ( 57 kq), Romal Amanov ( 60 kq), Emil Məhərrəmov, Fərhad Acalov (hər ikisi 64 kq), Ruslan Xairov ( 69 kq), Rahib Bəylərov ( 75 kq), Cavid Tağıyev ( 81 kq), Elçin Əlizadə ( 90 kq), Vüqar Babayev və Azər Məmmədov (hər ikisi + 91 kq) daxil edilib.Qeyd etmək lazımdır ki, bu yarış Çikaqodakı mundial öncəsi sonuncu yoxlama turniri olacaq. Hazırda dəri əlcək ustaları Masallıdadır. Burada onlar Gürcüstan boksçuları ilə birgə təlim-məşq toplanışındadırlar.

Xəbər lenti

Xəbər lenti