...

MOK-un vitse-prezidenti Pekinin Olimpiadaya hazırlığını qiymətləndirəcək

Cəmiyyət Materials 10 Avqust 2007 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çinqiz Hüseynzadə digər ölkələrdən olan həmkarları ilə yanaşı bu günlərdə keçiriləcək Olimpiadanın Təşkilat Komitəsinin iclasında iştirak edəcək.

Trend in xəbərinə görə, forum zamanı tərəflər idmançıların və nümayəndə heyətlərinin akkreditasiyası, onların yaşayacağı yerlər, nəqliyyatın işi və digər məsələlərlə bağlı müzakirəlar aparacaqlar.

Qonaqlar həmçinin Pekinin idman obyektlərinə baş çəkəcəklər və Olimpiadaya hazırlıq işlərinin tempini qiymətləndirəcəklər.

Qeyd edək ki, artıq Çinə Beynəlxalq Olimpiya Komitəsinin rəhbəri Jak Roqe gəlib. O, Pekinin əsas meydanı olan Tyananmenda oyunların başlamasına bir il qalması münasibəti ilə keçirilən təntənəli tədbirdə iştirak edib.

Xəbər lenti

Xəbər lenti