...

Sabiq iqtisadi inkişaf nazirinin vəsatəti təmin edilməyib

Cəmiyyət Materials 10 Avqust 2007 13:42 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Cavadova/ Cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsi davam etdirilib.

Prosesdə hakim F.Əliyevin vəkili İsaxan Aşurovun avqustun 9-da qaldırdığı çoxhissəli vəsatətə münasibət bildirib. Hakim bildirib ki, məhkəmə prosesində dindiriləcək şahidlərin siyahısının dindirmədən 2 gün əvvəl vəkillərə verilməsinə ehtiyac yoxdur. Cünki məhkəmə imkan daxilində vəkilləri bu barədə məlumatlandırır. Vəsatətin - təqsirləndirilən şəxslərin hüquqlarının müdafiəsini tam və keyfiyyətli olması üçün vəkillərin təqsirləndirilənlərlə görüşməsi üçün həftədə 2 gün ayrılması, cinayət işindəki zəruri hesab olunan materialların surətlərinin vəkillərə verilməsi, məhkəmə prosesinin videoçəkilişlərinin surətlərinin vəkillərə təqdim edilməsi, F.Əliyevin vəkillərlə birlikdə əyləşməsi ilə bağlı hissələri də təmin olunmayıb. Vəsatətin F.Əliyevin əcnəbi həkimi Dunkon Daymont tərəfindən müayyinəsinə icazə verilməsi məsələsinə gəlincə isə hakim bildirib ki, bu, məhkəmənin səlahiyyətində deyil. Hakimin sözlərinə görə, bununla bağlı növbəti bazar ertəsi vəkillərə rəsmi məktub təqdim ediləcək.

Məhkəmə mülki cavabdehlərin və şahidlərin ifadələri ilə davam edir.

Xəbər lenti

Xəbər lenti