...

Heydər Əliyev Kubokunda iştirak edəcək voleybol yığmaları heyətlərini açıqlayıblar

Cəmiyyət Materials 11 Avqust 2007 13:47 (UTC +04:00)

Azərbaycan, Bakı /müx . Trend Z.Səfərov/ Avqustun 18-də Bakıda start götürəcək qadın voleybolçuları arasında Heydər Əliyev Kubokunda iştirak edəcək komandaların hamısı öz müraciət ərizələrini göndəriblər.

Voleybol Federasiyasının mətbuat katibi Zöhrab Gözəlbəylinin Trend ə verdiyi xəbərə görə, son günədək yalnız İsrail yığması heyətin tərkibi ilə bağlı məlumat verməmişdi. Lakin bu günlərdə israillilər təşkilatçılara lazımi sənədləri göndəriblər. "Debüt xarakter daşımasına rəğmən, yarışın kifayət qədər maraqlı olacağı gözlənilir. Axı Bakıya Türkiyə yığması təşrif buyuracaq. Türklər son illər böyük tərəqqiyə nail olublar və indi meydan sahibləri kimi Avropa Qran-Prisinə və Avropa çempionatına hazırlaşırlar" - deyə Gözəlbəyli vurğulayıb.

Xatırladaq ki, Kubokda həmçinin Bolqarıstan, Ukrayna, Yunanıstan və sözsüz ki, meydan sahibləri iştirak edəcəklər.

Xəbər lenti

Xəbər lenti