...

Azərbaycanın voleybol üzrə yığması Heydər Əliyev Kubokunu Yunanıstana qarşı oyunla açacaq

Cəmiyyət Materials 13 Avqust 2007 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanın voleybol üzrə qadınlardan ibarət yığması avqustun 20-də İdman Sarayında start götürəcək Heydər Əliyev Kubokunu Yunanıstana qarşı oyunla başlayacaq.

Milli Federerasiyanın mətbuat katibi Zöhrab Gözəlbəylinin sözlərinə görə, Faiq Qarayevin yetirmələrinin iştirakı ilə keçiriləcək görüşlər saat 18:00-da başlayacaq. Ellada torprağının nümayəndələri ilə görüşdən sonra meydan sahibləri növbəti gün Ukrayna ilə, avqustun 22-də isə İsraillə görüşəcəklər.

Avqustun 23-ü təşkilatçılar tərəfindən istirahət günü elan olunub, bundan sonra yığmanı Bolqarıstan və Türkiyə ilə gərgin görüşlər gözləyir. Yarışın qalibi debüt xarakteri daşıyan turnirin yekunları üzrə daha çox xal toplayan yığma elan olunacaq.

Xəbər lenti

Xəbər lenti