...

Vüqar Həşimov "Arctic Challenge"də üçüncü yeri tutdu

Cəmiyyət Materials 13 Avqust 2007 15:24 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Vüqar Həşimov Trömsedə keçirilən beynəlxalq "Arctic Challenge" turnirində üçüncü yeri tutub.

Sonuncu turda şahmatçımız liderlər arasında yer alan norveçli Çetil Lini məğlub edib. Bununla da Vüqar mükafatçılar arasında yer ala bilib. Həmyerlimiz yeddi xal toplayıb. Eyni göstəricilərə Ç.Li və Bildəki turnirdə Teymur Rəcəbovu məğlub edən Maqnus Karlsen malikdir. Daha yaxşı əmsallar Ç.Lidə olduğu üçün o Həşimovla Karsleni qabaqlaya bilib.

Turnirin qalibi adını isə Aleksandr Moiseyenko qazanıb. O, sonuncu turda Türkiyəni təmsil edən Mixail Qureviçi məğlub edib.

Xəbər lenti

Xəbər lenti