...

Kubalı boksçulara qoyulan qadağa Bakı səfərinə şamil olunmayıb

Cəmiyyət Materials 18 Avqust 2007 13:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir Z.Səfərov/ Kuba lideri Fidel Kastronun ölkə boksçularına bir sıra beynəlxalq yarışlarda iştirakına qoyduğu qadağa Bakıda keçiriləcək dünya çempionatına şamil olunmayacaq.

Azərbaycan boks federasiyasının prezidenti Ağacan Əbiyevin Trend ə verdiyi xəbərə görə, kubalı boksçular avqustun sonunda Bakıda start götürəcək gənclər arasında dünya çempionatında iştirak edəcəklər.

"İlkin müraciətin ardınca Kuba nümayəndələri yekun sənədi də göndəriblər" - Əbiyev. Federasiya prezidentinin fikrincə, bu ölkənin idmançılarının mundialda iştirakı yarışın əsl yaraşığı ola bilər.

Kastronun Kuba boksçularına qoyduğu qadağa Panamerika Oyunları zamanı bir neçə kubalı boksçunun Braziliya hökumətindən siyasi sığınacaq istəməsi səbəbindən baş verib. Bununlada da kubalı boksçuların Çikaqoda keçiriləcək dünya çempionatı və Pekin Olimpiadasındakı iştirakına qadağa qoyub.

Xəbər lenti

Xəbər lenti