...

Müğənni Nadir Qafarzadə: "Həbsxana 30 il otura bilərəm, hətta ölümə belə gedərəm…"

Cəmiyyət Materials 21 Avqust 2007 11:37 (UTC +04:00)

Azərbaycan, Bakı / "TrendLife" müxbir V. İmanov/ Kaban ilində anadan olmuş hazırda azərbaycan estradasının ən qalmaqallı müğənnisi olan insanlar üçün təhlükəli olan əsl kabanı xatırladır. Hələ Faiq Ağayevlə münasibətləri düzəlməmiş, verilişlərin birində bütün müğənniləri heyvanlara bənzətmişdir. Bu isə həmin müğənnilərin təhqir olunmasından xəbər verir. Olanlar isə onu göstərir ki, Nadir bütün müğənnilərə müharibə elan edib. Müğənni özü bu haqda "TrendLife"a bunları bildirdi: "Böyük insanın böyük də sözləri olur. Mən dediyim hər bir sözün ağasıyam. Heyvanlar aləminə səyahət sadəcə zarafat idi. Mən nə edim ki, insanlar zarafat başa düşmürlər. Ümumiyyətlə bir şey də deyim ki, Allah insanlarla bərabər heyvanları da yaratmışdır. Biz bərabərik. İnsanlar heç də özlərini heyvanlardan üstün tutmamalıdırlar. Yerigəlmişkən mən özümü də meymunla müqayisə etmişdim. Meymun heç olmazsa müsbət energiya verir. Elə insanlar var ki, onlara baxanda üç gün özünə gələ bilmirsən. Elə insan olmaqdansa meymun olmaq yaxşıdır. Mən kinli insan deyiləm. Həmişə pisliyə yaxşılıqla cavab verənəm. Eyni zamanda qorxaq da deyiləm. Lazım olsa 30 il həbsxanada oturub, ölümə də gedərəm. Gərək zarafatı başa düşəsən. Kinli olmayasan. Onda həyat da maraqlı və şən olar". Eyni zamanda müğənni gənc ifaçıları şou biznesə qalmaqalla gəlmələrini bundan başqa toy müğənnilərini "bozbaş" adlandıranları da suçladı. "Toylara əsl müğənniləri dəvət edirlər. Məhz orada onun əsl sənətkar olması üzə çıxır. Belə müğənnilərə bozbaş deyənlər öz tərbiyələrini göstəirirlər. Bu sözlərlə estradaya gələnlər elə də gedəcəklər. İnsan özünə hörmət etməyi bacarmalıdır. Şou biznes elə bir bataqlıqdır. Məhz buna görə də yüz dəfə ölç bir dəfə biç. Qoy heç olmazsa məndən öyrənsinlər. Bu gün mən 10 km yol getsəm hörmətdən başaq bir şey görməyəcəm".

Xəbər lenti

Xəbər lenti