...

"Barmek"in prezidenti və yeddi əməkdaşının məhkəmə istintaqı yekunlaşıb

Cəmiyyət Materials 23 Avqust 2007 13:18 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ "Barmek"in prezidenti və yeddi əməkdaşının məhkəmə istintaqı yekunlaşıb. Vəkil Vüqar Xasayev cümə axşamı Trend ə bildirib ki, bu gün keçirilən məhkəmə prosesində dövlət ittihamçısı çıxış üçün məhkəmədən vaxt istəyib. Avqustun 29-da keçiriləcək iclasda prokuror təqsirləndirilənlərə iş istəyəcək.

Şirkətin prezidenti Hüseyn Arabula qarşı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

"Barmek"in əməkdaşları, vitse-prezident Ömər Günər İsmayıl, texniki departamentin direktoru Vəfa Ağayev, texniki əməliyyat departamentinin direktor əvəzi Mahir Novruzov, sabiq baş menecer Çingiz İbadov və maliyyə departamentinin rəisi Valeh Zeynalov, yüksək gərginlikli elektrik şəbəkələrinin istismarı idarəsinin rəisi Çingiz Abdullayev, rele mühafizə xidmətinin rəisi Əsgər Əsgərzadə CM-nin 179.3.2, 308.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində həbs və digər qətimkan tədbirləri seçilib.

İnkişaf Nazirliyi ilə Türkiyənin "Barmek Holdinq A.Ş" şirkəti arasında bağlanmış müqaviləyə əsasən, "Bakıelektrikşəbəkə" ASC-nin idarə edilməsi hüququ 25 il müddətinə həmin şirkətə verilib. İstintaq müəyyən edib ki, müqavilə ilə nəzərdə tutulmuş investisiya proqramına əsasən, şirkət tərəfindən ilk 5 il ərzində 51 milyon dollar investisiya qoyuluşu nəzərdə tutulmasına baxmayaraq, "Barmek" şirkəti tərəfindən əslində heç bir investisiya qoyulmamış, nəzərdə tutulduğundan xeyli az olan investisiya müəyyənləşməsi isə bütövlükdə "Barmek"in istehlakçıları hesabına həyata keçirilib.

Həmçinin, "Barmek" MMC-nin əməkdaşları tərəfindən elektrik enerjisini istifadəyə görə istehlakçılardan toplanmış külli miqdarda pul - 9 milyon 143 min 940 AZN dəyərində özgə əmlakı mənimsənilib.

Xəbər lenti

Xəbər lenti