...

Alpinist İsrafil Aşurlu mövsümün ikinci yarısı üçün planlarını müəyyənləşdirir

Cəmiyyət Materials 25 Avqust 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir Z.Səfərov/ Azərbaycanlı alpinist İsrafil Aşurlu mövsümün ikinci yarısı ilə bağlı gələcək səfər planlarını hələ müəyyənləşdirməyib.

Bu yaxınlarda "Yeddi zirvə" beynəlxalq ekspedisiyasnın tərkibində Everestə qalxan ( 8848 metr) idmançının Trend ə özünün verdiyi məlumata görə, bu məsələ hələ həllini tapmayıb. "İndi işimlə bağlı ezamiyyətlərə gedirəm, lakin bu il ola bilsin ki, Azərbaycana gəlişimdən sonra bir neçə səfər həyata keçirim" - deyə Aşurlu bildirib.

Maraqlıdır ki, bir neçə həftə bundan əvvəl İsrafil ötən ay Şimali Amerikanın ən yüksək nöqtəsi Mak-Kinliyə (6194) qalxmış qardaşı Muradla birlikdə Elbrusu da (5642) fəth edib.

Xəbər lenti

Xəbər lenti