Azərbaycan, Bakı / Trend , müxbir S.İlhamqızı/ Təhsil Nazirliyi Azərbaycanda müəllimlərin maaşlarının artırılmasını gözləyir. Bu barədə çərşənbə axşamı təhsil naziri Misir Mərdanov məlumat verib.
"Bu, prezidentin sərəncamına aid məsələdir. Amma biz maaşlarda əhəmiyyətli dərəcədə artım gözləyirik"-deyə nazir bilidrib.
O, həmçinin orta məktblərin ərazisində qanunsuz tikililər aparıldığını deyib və əlavə edib ki, buna görə icra hakimiyyətləri məsuliyyət daşıyır. Nazir bu məsələ ilə bağlı artıq Azərbaycan hökumətinə müraciət etdiyini deyib.