...

AŞ-nin insan haqları üzrə komissarı Ağdamda məcburi köçkünlərlə görüşüb

Cəmiyyət Materials 7 Sentyabr 2007 00:02 (UTC +04:00)
Azərbaycan, Bərdə / Trend müx. Ş,Cəliloğlu/ Azərbaycanda səfərdə olan Avropa Şurasının (AŞ) insan hüquqları uzrə komissarı Tomas Hammerberq Ağdam rayonunun ərazisində məcburi köckünlərin məskunlaşdığı qəsəbədə olub.

Qaçqınlarla görüş zamanı Hammerberq qeyd edib ki, doğma yurd-yuvalarına dönmək hər bir insanın hüququdur: "Məcburi köçkünlər mütləq öz evlərinə qayıtmalıdırlar ki, onların hüquqlari bərpa olunsun. Bununla bağlı siyasi qərar qəbul edildikdən sonra insanlar yaxşı şəraitdə yaşamalıdırlar. Bu, vacib şərtlərdən biridir. Bura gələndə gördum ki, məcburi köckünlərin həyat şəraitini yaxşılaşdırmaq ücün dövlət xüsusi qaygı göstərərək yeni evlər tikib, onları yaxşı şəraitlə təmin edib. Məcburi köçkünlərin vəziyyətini yaxşılaşdırmaq  ücün öz mandatım və səlahiyyətlərim çərçivəsində müəyyən işlər görəcəyəm. Beynəlxalq təşkilatların bu sahədə daha aktiv və fəal iştirak etməsi vacibdir". 

Hammerberq Ermənistan tərəfindən əsir götürülən azərbaycanlı əsgərlərlə bağlı məsələyə də toxunub. O bildirib ki, bu ilin payızında Ermənistana səfər etməyi planlaşdırır: "Səfərim baş tutmamışdan öncə orada görəcəyim işlərlə baglı məlumat verə bilmərəm. Bu, müəyyən mənada planlaşdırdıgım işlərin baş tutmamasına gətirib cıxara bilər. Sadəcə onu demək istəyirəm ki, azərbaycanlı əsirlərlə baglı müəyyən işlər görüləcək".

AŞ nümayəndəsi Ermənistanda saxlanılan əsirlərin valideyinlərinə müəyyən təzyiqlər altında məktub yazmalarından da xəbərdər olduğunu bildirib. Bununla belə o məsələnin dərindən araşdırılmasının vacibliyini önə çəkərək bu haqda danışmaq istəmədiyini söyləyib.

Xəbər lenti

Xəbər lenti