...

Sentyabrın 14-də prokuror məhkəmədən sabiq iqtisadi inkişaf nazirinə və digər təqsirləndirilənlərə cəza tələb edəcək

Cəmiyyət Materials 7 Sentyabr 2007 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir E.Cavadova/ Cümə günü Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti Rafiq Əliyevin və təqsirləndirilən digər 17 nəfərin məhkəməsində sübutların araşdırılması başa çatıb.

Hakim Tofiq Paşayev elan edib ki, məhkəmənin işinə sentyabrın 14-dək fasilə verilir. Bu fasilə dövlət ittihamçıları Nazir Bayramovun və Bəşir Cəfərovun məhkəmə çıxışına hazırlaşması ilə bağlıdır. Belə ki, həmin tarixdə prokurorlar F.Əliyevə, onun qardaşı, "Azpetrol" Şirkətlər Qrupunun keçmiş prezidenti R.Əliyevə və təqsirləndirilən digər 17 nəfərə məhkəmədən cəza tələbi ilə bağlı çıxışlara başlayacaqlar.

Xəbər lenti

Xəbər lenti