...

Aygün Bayramova qastrola hazırlaşır

Cəmiyyət Materials 10 Sentyabr 2007 14:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr/ "TrendLife" , müxbir Fəridə Məhərrəmqızı / Opera və Balet Teatrının solisti, xalq artisti Aygün Bayramova qastrol səfərinə hazırlaşır. Xanəndənin "TrendLife"a bildirdiyinə görə, o, oktyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə bir neçə gün ərəb ölkələrində konsert proqramı ilə çıxış edəcək. Həmin proqramların repertuarında ancaq xalq mahnıları və muğamlar yer alacaq.

Bayramova indiyədək 3 mahnı diski yazdırıb. Xalq artisti gələn ilin əvvəlində xalq mahnılarından ibarət daha bir albom yazdırmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti