...

Müdafiə Nazirliyinin 15 zabiti dövlət əmlakını talamaqda təqsirli bilinir

Cəmiyyət Materials 10 Sentyabr 2007 17:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir K.Zərbalıyeva/ Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin 15 zabiti külli miqdarda dövlət əmlakını talamaqda təqsirli bilinir. Bazar ertəsi Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmədə hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən hazırlıq iclasında iş üzrə məhkəmə baxışı sentyabrın 18-ə təyin olunub.

Şəmkirdəki N saylı hərbi hissənin yanacaq sürtkü materialları xidmətinin rəisi Mehdi Abbasov, hərbi hissənin komandiri, polkovnik-leytnant Arzu İbrahimov və daha 13 zabit 1 milyon 940 manat məbləğində yanacaq sürtkü materialını talamaqla dövlətə ziyan vurublar.

Xəbər lenti

Xəbər lenti