Azərbaycan, Bakı, 31 yanvar /Trend, müxbir E.Mehdiyev/
Bu gündən etibarən Avstriyanın Vyana şəhərində UEFA-nın üzvü olan milli assosiasiyaların baş katibləri üçün FİFA tərəfindən təşkil olunmuş 2 günlük seminar başlayıb.
AFFA-nın mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə bildiriblər ki, tədbirdə iştirak etmək üçün AFFA-nın baş katibi Elxan Məmmədov Vyanaya gedib.