...

Milli Olimpiya Komitəsi: Azərbaycanda gənc qadınların idmanda fəal iştirakı üçün geniş imkanlar var (FOTO)

İdman Materials 18 Fevral 2012 14:00 (UTC +04:00)
Azərbaycanda gənc qızlar və qadınların idmanda fəal iştirakı üçün geniş imkanlar var.
Milli Olimpiya Komitəsi: Azərbaycanda gənc qadınların idmanda fəal iştirakı üçün geniş imkanlar var (FOTO)

Azərbaycan, Bakı, 18 fevral / Trend müxbir İ.İsabalayeva/

Azərbaycanda gənc qızlar və qadınların idmanda fəal iştirakı üçün geniş imkanlar var. Trend-in şənbə günü Gənclər və İdman Nazirliyinin mətbuat xidmətində istinadən verdiyi məlumata görə, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Könül Nurullayeva Beynəlxalq Olimpiya Komitəsinin (BOK) ABŞ-ın Los Anceles şəhərində təşkil etdiyi Qadınlar və İdman üzrə 5-ci Dünya Konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycanda qadınların idmana cəlb edilməsi istiqamətində bir çox işlər görülüb.

"Bizim gənc qızlar və qadınlarımız həm yerli, həm də beynəlxalq arenalarda çoxsaylı uğurlar əldə edirlər. Azərbaycan qadınları cəmiyyətin bütün sahələrində - dövlət idarəçiliyi, mədəniyyət, təhsil, biznes və idmanda fəal iştirak edirlər. Bizim tanınmış qadın olimpiyaçılarımız və digər dünya səviyyəli idmançılarımız var", - Nurullayeva əlavə edib.

Onun sözlərinə görə, qadınlarımızın idmana cəlb edilməsi, cəmiyyətimizin inkişafında onların rolunun artırılması üçün yeni imkanlardan istifadə etməyə çalışılır.

Konfransda Olimpiya qurumları, beynəlxalq federasiyalar, universitetlər və müxtəlif qeyri-hökumət təşkilatlarından 600-dən çox nümayəndə 130 ölkəni təmsil edib.

Xəbər lenti

Xəbər lenti