...

Daha bir boksçumuz Olimpiya Oyunlarına lisenziya qazandı

İdman Materials 19 Aprel 2012 09:59 (UTC +04:00)
Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə Avropa olimpiya təsnifat turnirində daha 3 idmançımız rinqə çıxıb.
Daha bir boksçumuz Olimpiya Oyunlarına lisenziya qazandı

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Türkiyənin Trabzon şəhərində keçirilən boks üzrə Avropa olimpiya təsnifat turnirində daha 3 idmançımız rinqə çıxıb.

Trend-in məlumatına görə, 69 kq çəki dərəcəsində mübarizə aparan Tamerlan Abdullayev turniri məğlubiyyətlə başa vurub. 81 kq çəki dərəcəsində yarışan Vətən Hüseynli isə 3-cü döyüşünü də qələbə ilə başa vuraraq, yarımfinala vəsiqə qazanıb.

Həmyerlimiz dünya və Avropa çempionatlarının mükafatçısı fransalı Abdulkader Bouheniyanı 16:8 hesabı ilə məğlub edib. Hüseynli yarımfinalda ingiltərəli Kellam Smitlə qarşılaşacaq.

Daha sonra mübarizəyə qoşulan digər boksçumuz Məhəmməd Abdulhəmidov (56 kq) isə rinqi qələbə ilə tərk edib. 2010-cu ilin Avropa çempionu Denis Makarovu (Almaniya) məğlub edən idmançımız bununla da London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan boksçularının London Olimpiya Oyunları üçün qazandıqları altıncı lisenziyadır.

Xəbər lenti

Xəbər lenti