...

Azərbaycanda “bankirlər” müflis olmadı, “neftçi”lərin isə quyusu “boş çıxdı”

İdman Materials 22 Aprel 2012 20:21 (UTC +04:00)
Bu gün Unibank Premyer Liqanın 29-cu turunda növbəti oyunlar keçirilib. Trend-in məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tuub.
Azərbaycanda “bankirlər” müflis olmadı, “neftçi”lərin isə quyusu “boş çıxdı”

Azərbaycan, Bakı, 22 aprel /Trend, müxbir M.Əliyev/

Bu gün Unibank Premyer Liqanın 29-cu turunda növbəti oyunlar keçirilib. Trend-in məlumatına görə, son oyun günündə daha 4 qarşılaşma baş tutub.

Unibank Premyer Liqanın hazırki lideri "Neftçi" bu tur "Xəzər-Lənkəran"ın qonağı olub. Yaxın izləyicisi olan Ağdamın "Qarabağ" komandasını 10 xal fərqi geridə qoyan "Neftçi" Lənkəranda qalib gələcəyi halda növbəti 3 oyunun nəticəsindən asılı olmayaraq çempionluğunu rəsmiləşdirəcəydi. Lakin "böyük oyun"da lənkəranlılar flaqman üzərində 1:0 hesabı qələbə qazanıb.

İkinci "altılıq"da bu gün bir qarşılaşma baş tutub. Paytaxtın AZAL klubu səfərdə "Kəpəz"in qonağı olub. Ötən turda səfərdə "Sumqayıt"a 0:2 hesabı ilə məğlub olan Gəncə təmsilçisi bu görüşdə doğma meydan amilindən maksimum yararlanmaq niyyətində idi. Lakin "Kəpəz" bu oyunda da rəqibinə eyni hesabla məğlub olub - 0:2.

Çempionluq şansını hələ də saxlayan "Qarabağ" bu görüşdə mütləq qələbə qazanmalı idi. Lakin bu oyunda rəqibinə 2:4 hesabı ilə məğlub olan "Qarabağ" çempionluq şansını itirib.

Paytaxtın "İnter" klubu isə bu tur evdə "Qəbələ"ni qəbul edib. Avrokuboklara vəsiqə qazanmaq şanslarını hələ də saxlayan "Qəbələ"ni bu oyunda yalnız qələbə razı salırdı. "Qarabağ"ın məğlubiyyətindən sonra "İnter" "Qəbələ" ni udmaqla ikinci yerə yüksəlib.

22 aprel (bazar)

Unibank Premyer Liqa, 29-cu turun oyunları

"Xəzər Lənkəran" - "Neftçi" - 1:0
Qol:
Rikardo Qomeş, 52 (1:0)
Hakimlər: Elçin Məmmədov, Rahil Ramazanov, Yaşar Abbasov, Teymur Fərhadov
Lənkəran şəhər stadionu.

"İnter" - "Qəbələ" - 2:1
Qollar:
Dodo, 8 (0:1), Nizami Hacıyev, 25 (1:1), İbrahima Niasse, 31 (2:1)
Hakimlər: Elvin Əsgərov, Elman Musayev, Mübariz Haşımov, Fariz Yusifov
"Şəfa" stadionu.


"Kəpəz" - AZAL - 0:2
Qollar:
Sabir Allahquliyev, 55-avtoqol (0:1), Georgi Bogihu, 65 (0:2)
Hakimlər: Vüsal Əliyev, Coşqun Həsənov, İsgəndər Əliyev, Feyzulla Feyzullayev
Gəncə şəhər stadionu.

"Qarabağ" - "Bakı" - 2:4
Qollar:
Denis İvanovs, 14 (0:1), Georgi Adamiya, 33 (1:1), Deyvidas Çesnauskis, 62 (1:2), Aleksandr Şoliç, 65 (1:3), Namiq Yusifov, 76-avtoqol (1:4), Muarem Muarem, 88 (2:4)

Hakimlər: Əliyar Ağayev, Mehman Mahmudov, Munis Abdullayev, Fuad Həsənov
Ağdam rayon Quzanlı qəsəbə stadionu.

Xəbər lenti

Xəbər lenti