...

Sumqayıtda mini-futbol üzrə şəhər turnirinin açılışı olub (FOTO)

İdman Materials 2 May 2012 17:28 (UTC +04:00)
Sumqayıt şəhər Paralimpiya İdman kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mini-futbol üzrə Sumqayıt şəhər birinciliyinin açılış mərasimi keçirilib.
Sumqayıtda mini-futbol üzrə şəhər turnirinin açılışı olub (FOTO)

Azərbaycan, Bakı, 2 may /Trend/

Sumqayıt şəhər Paralimpiya İdman kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr olunmuş mini-futbol üzrə Sumqayıt şəhər birinciliyinin açılış mərasimi keçirilib.

"Azərkimya" İB-dən çərşənbə günü Trend-ə verilən məlumata görə, 2012-ci il - "İdman ili" çərçivəsində keçirilən, idmanın mini-futbol növünün kütləviləşdirilməsi və əməkçilərin asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən yarışlarda şəhərin 30-dək müəssisəsinin, o cümlədən "Azərikimya" İstehsalat Birliyi, Sumqayıt Texnologiyalar Parkı, "Bismak" Qida-sənaye kompleksi, "Azərboru" ASC, FHN-in Sumqayıt şöbəsi, Sumqayıt Dövlət Universiteti, Beynəlxalq Bank və "Bank of Baku", şəhər təhsil və səhiyyə şöbələrinin, elektrik şəbəkəsi və qaz-istismar idarəsinin komandaları birincilik uğrunda mübarizəyə qoşulublar.

"Azərikimya" İB-nin 2 komanda ilə təmsil olunduğu yarışlar hər birində 7 komanda olmaqla 4 yarımqrup üzrə şəhərin 4 mini-futbol meydançasında keçiriləcək, mayın 10-da - ulu öndər Heydər Əliyevin ad günündə yarışlara yekun vurulacaq.

"Azərikimya" İB-nin və şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və dəstəyi ilə keçirilən yarışlar AFFA tərəfindən ayrılmış xüsusi hakimlər briqadası tərəfindən idarə olunacaq və I, II, III və IV yeri tutmuş komandalar qiymətli hədiyyələr və İB-nin, həmçinin şəhər Gənclər və İdman Baş idarəsinin Fəxri fərmanları ilə təltif olunacaqlar.

Xəbər lenti

Xəbər lenti