Azərbaycan, Qəbələ, 12 may /Trend, müxbir Ə.Həsənov/
Bu gün İsmayıllıda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş beynəlxalq veloturun dördüncü mərhələsi başlayıb.
Trend-in məlumatına görə, yürüş iştirakçıları Qəbələ şəhəri istiqamətində hərəkət edəcəklər və idmançılar ümumilikdə təqribən 112 kilometr qət etməlidirlər.
Ümumi hesabın yekunları üzrə Əlcəzair təmsilçisi Yusif Reqiqi liderlik edir.